Yazı İçi 468×60

485686İtaliyanın ən zəngin və məşhur zadəgan sülalələrindən olan, florensiyalı Korsinilərin vəliəhdi və varis şahzadəsi Filippo Korsini bu gün dəfn olunub.

Milli.Az RAİ-yə istinadən bildirir ki, 21 yaşlı F.Korsinin Londonun dəbdəbəli Naystbric səmtindəki küçələrdən birində velosiped sürərkən onu yük maşını vurub.

Yük maşını şahzadəni vurandan sonra 30 metr sürüyüb.

Olay “Harvey Nichols” butikinin qarşısında, yerli vaxtla 12.40 radələrində yaşanıb.

Yük maşınının 42 yaşlı sürücüsü həbs olunub.

Şahzadə Filippo Korsini aldığı yaralardan və travmalardan hadisə yerində keçinib.

Londondakı Regents Universitetinin (Regent’s University London) beynəlxalq münasibətlər fakültəsində təhsil alan Filippo Korsini İtaliyanın Florensiya vilayətinin ən qədim zadəgan nəslinin vəliəhdi idi. Onun ulu babası Lorenso Korsini isə dünyanın Roma Papası 12-ci Kliment kimi tanıdığı şəxsdi.

Korsini ailəsi indi şərabçılıq və zeytun yağı istehsalı müəssisələrinə sahibdir.

London polisinin verdiyi məlumata görə, Filippo Korsini universitetə dərsə gedəndə onu maşın vurub.

London meri Sadiq Xan bəyan edib ki, 2020-ci ildən etibarən yük avtomobillərinin şəhərə girişi yasaqlanacaq.

Şahzadə Filipponun atası Duço Korsini oğlunun ölümü ilə bağlı jurnalistlərə açıqlama vermək istəməyib.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."