139985_res_01Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə görə, əmlakın qeydiyyatı və digər əməliyyatların müddəti azaldılıb.

Belə ki, qanunun 9.2-ci maddəsinə görə, daşınmaz əmlakın qeydiyyatı və çıxarışın verilməsi üçün maksimum müddət 20 gündən 10 iş gününə endirilib. Bununla yanaşı, qeyd edilib ki, qeydiyyat prosesi üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar bu müddət 5 iş gününədək uzadıla bilər.

Qanunun 14.2-ci maddəsinə nəzərdə tutulan dəyişikliklərə görə isə qeydiyyat prosesi zamanı qeydiyyat orqanının, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sorğularına daha tez cavab vermək lazım gələcək. Belə ki, hazırda qanuna əsasən şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına göndərilən sorğulara 10 gün müddətində cavab verilməlidir. Dəyişikliklərdən sonra isə bu müddət 7 günə endirilib.

Nəhayət, qanunun 20.3-cü maddəsinə nəzərdə tutulan dəyişikliyə görə, ipotekanın qeydiyyatı üçün maksimum müddət 5 iş günündən 3 iş gününə endirilib.(fins.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."