Kürdəmirdə ağır yol qəzası baş verib

Kürdəmirdə ağır yol qəzası baş verib

Müəllif: Manager

Baş Redaktor

загруженное (48)Kürdəmir rayonunun Çöl Ərəb kəndində iki maşın toqquşub, ölənlər və yaralanan var.

Hadisə “Mercedes” markalı yük avtomobili ilə “Ford” markalı minik maşınının toqquşması nəticəsində baş verib.

Nəticədə “Mercedes”də sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və təcili tibbi yardım xidmətinin əməkdaşlarına təhvil verilib.

“Ford”un sürücüsü, 1986-cı il təvəllüdlü Babayev Ceyhun Bəybala oğlu və onun sərnişini, 1976-cı il təvəllüdlü İmaməliyev Ceyhun Qədir oğlu isə aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər yolun kənarından götürərək aidiyatı üzrə təhvil veriliblər.

Qəza baş vermiş ərazidə təhlükəsizlik tədbirləri də görülüb. (apa.az)

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti