Kürdəmirdə ev külə döndü – 20 nəfər təxliyə olundu

Müəllif: Redaktor

Editor

kurdemirKürdəmir rayonunda yanğın hadisəsi baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Atakişili kəndində beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahə 18 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır