Yazı İçi 468×60

e7c30824e37b5bcdb520cef93135171eKürdəmirdə səkkiz nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun 207-ci kilometrliyində – Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 46 yaşlı Elşad Allahverən oğlu Əzizovun idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusu ilə Gəncə şəhər sakini, 34 yaşlı Şahzadə Nizami oğlu Qasımovun idarə etdiyi mikroavtobus toqquşub.

Nəticədə hər iki sürücü və onların sərnişinləri – Göyçay rayon sakinləri 46 yaşlı Asudə Hacəli qızı Əzizova, 23 yaşlı Günel Elşən qızı Əzizova, 74 yaşlı Allahverən Şıxəli oğlu Əzizov, Gəncə şəhər sakini 28 yaşlı Niyaməddin Sammədin oğlu Quliyev, Sabirabad rayon sakini, 20 yaşlı Yusif Salman oğlu Raminli və Şirvan şəhər sakini, 20 yaşlı Rəfail Ələkbər oğlu Abdullayev müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

***
Kürdəmirdə ağır yol qəzası baş verib.

Hadisə gecə saatlarında Bakı-Qazax yolunun 207 kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

İki sərnişin mikroavtobusunun toqquşması nəticəsində səkkiz nəfər xəsarət alıb.

Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Fakt Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırılır.(APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."