Kürdlərlə türklər arasında toqquşma olub

Müəllif: Redaktor

Editor

4736c13a-fccf-47f7-a14f-070ab8af152a_292Türkiyənin Tokiodakı səfirliyi qarşısında türklərlə kürdlər arasında baş verən toqquşma zamanı 4 nəfər xəsarət alıb.

“Report”  xəbər verir ki, Türkiyənin Sibuya rayonu ərazisində yerləşən diplomatik nümayəndəliyi qarşısına növbədənkənar parlament seçkilərində səsverməyi planlaşdıran təqribən 600 nəfər toplaşıb.

Hadisənin səbəbləri araşdırılır. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə onlarla polis avtobusu dayanıb, səsverənlər arasında toqquşmalar davam edir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir