yenicag.az

“Kurtlar Vadisi Pusu”nun fanatlarına şad xəbər

“Kurtlar Vadisi Pusu”nun fanatlarına şad xəbər

Müəllif: Redaktor

Editor

95207_tqvdo41vqf“Kurtlar Vadisi Pusu” serialının fanatlarına şad xəbər var.

Serialın indiyə qədər yayımlanmış bütün seriyaları “360 TV”də yayımlanacaq.

Oktyabrın 10-dan etibarən hər gün bir seriya olmaqla, ekran işinin 13 mövsümü ardıcıl təqdim ediləcək.

Lakin serialın yeni mövsümünün hansı telekanalda yayımlanacağı hələ də bəlli deyil. İddialara görə, yeni seriyalar da “360 TV”də yayımlana bilər.

Qeyd edək ki, “Pana film” telekanallardan yayım üçün böyük məbləğ tələb etdiyi üçün tərəflər arasında razılıq əldə edilmir. Kanal D-də yayımlanacağı gözlənilən layihə kanal rəhbərliyi ilə reklam gəliri mövzusunda ortaq nəticəyə gələ bilməyiblər.(axşam)

Maqazin, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti