!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kurtlar Vadisi”ndə şifrəli 1 dollar səhnəsi çevrilişdə gerçək oldu – Video

!Reklam – Yazi

9307Türkiyədə çevrilişə cəhd edən yüksək hərbi rütbəli komandirlərin saxlanılan zaman əksəriyyətinin üzərlərindən tapılan 1 dollarlıq banknotlar “Kurtlar Vadisi Pusu” serialında iki il əvvəl efirə gedən bir səhnəni xatırladıb.

Sözügedən səhnədə Cahid və Polad Ələmdarın bacısı Safiyə digərlərindən fəqrlənən 1 dollarlıqlar tapmışdılar. Safiyə bu 1 dolların fotosunu xarici ölkədəki müəlliminə internet üzərindən göndərərək şifrəsini açmağa çalışmışdı.

Qeyd edək ki, çevrilişə cəhd edən hərbçilərin evlərini axtaran zaman da 1 dollarlıqlar tapılıb.

Türkiyəli ekspertlər bunu hansısa məna daşıyan şifrə, tanınma vasitəsi hesab edərək, günlərdir ki, TV-lər vasitəsi ilə müzakirə edirlər.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv