“Kütləvi çıxarış” kampaniyası Samuxda

Müəllif: Redaktor

Editor

2933c569-a3a1-449e-8dce-eed8d96feadeƏmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafında atdığı başlıca addımlar innovasiyaların tətbiqi, prosedurların ən mümkün səviyyədə tamam sadələşdirilməsi və sosial yönümlü tədbirlərə geniş yer verilməsidir. İnsanların xidmətlərdən maksimum qısa vaxtda və öz ünvanlarında faydalanması, xidmətlərdə rasionallığı və optimallığı artıran “bir pəncərə” prinsipinin və vətəndaş-məmur ünsiyyətini azaldan elektron xidmətlərin tətbiqi mülkiyyət hüquqlarının təmin olunmasında vətəndaş məmnunluğunu artırmaqdadır.

Birbaşa ünvanlarda keçirilməklə xidmətlərdə əlçatanlığı artıran “Kütləvi çıxarış” kampaniyası da belə tədbirlər sırasındadır. Vətəndaşlar öz yaşayış yerindən ayrılmadan və qeydiyyat prosesi üçün əlavə vaxt və nəqliyyat xərcləri sərf etmədən kampaniyadan faydalana bilirlər. Əmlak Məsələləri Dövlət Komitəsi kampaniya çərçivəsində növbəti dəfə 22 yanvar 2016-cı il tarixində Samux sakinlərinə xidmət göstərib. Rayonun 180-ə yaxın vətəndaşı komitənin təqdim etdiyi daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən yararlanıb. Xidmətləri birbaşa ünvana çatdıran kampaniyada 100-ə yaxın sakinə “bir pəncərə” prinsipi əsasında dövlət reyestrindən çıxarış təqdim olunub. Eyni zamanda, 80-ə yaxın vətəndaşdan mülkiyyət hüququnu təsdiq edən ilkin sənədlər qəbul edilib. Komitənin göstərdiyi xidmətlərdə “bir pəncərə” prinsipini tətbiq etməsi rahatlığın və operativliyin yüksəlməsini təmin edib. “Bir pəncərə” prinsipi sayəsində artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər. Bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur.
Qeyd edək ki, kampaniyaya olan maraq və tələbat nəzərə alınaraq bu ildən etibarən kampaniyanın keçirilməsi daha da intensivləşib. Bu il ilk dəfə Yevlax rayonunda keçirilən kampaniya bir həftə ərzində növbəti dəfə Samux rayonunda da təşkil edilib. Kampaniya çərçivəsində keçirilən hüquqi yardım aksiyası Samux rayonunda da davam etdirilib. Vətəndaşlara qeydiyyat və torpaq idarəçiliyi ilə bağlı hüquqi izahlar və məsləhətlər verilib, onların verdikləri suallar cavablandırılıb.
Eyni zamanda, qeyd edilməlidir ki, kampaniya sosial mahiyyətli olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Kampaniyada iştirak edən vətəndaşlar yalnız qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqlarını ödəməklə xidmətlərdən yararlanır.
Kampaniya çərçivəsində ilk dəfə olaraq qeydiyyat alınacaq daşınmaz əmlakın texniki parametrlərinin və coğrafi yerləşməsinin müəyyən edilməsi məqsədilə mobil ofislər vasitəsilə çöl-ölçmə və inventarlaşdırma xidmətləri də göstərilib. Göstərilən xidmətlər zamanı komitənin texniki mühəndisləri birbaşa yerlərə, torpaq sahələrinə və həyət evlərinə gedərək ölçmə işləri aparıb və texniki sənədlərin tərtibi ilə bağlı işlər həyata keçirilib.
Kampaniyadan əlavə, komitə 2014-cü ilin aprel ayından başlayaraq şəhər və rayonlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri də göstərir. Mobil ofis xidmətləri bütün respublika üzrə müxtəlif rayonlarda paralel olaraq həyata keçirilir. İndiyədək respublika üzrə mobil ofis xidmətləri vasitəsilə isə vətəndaşlardan 86 mindən çox müraciət qəbul edilib.
Kampaniya qısa müddətdə əksər daşınmaz əmlak sahiblərinin marağını özünə çəkib. Mövcud şəraitdə kampaniyanın rolu artır, respublika üzrə əhatə dairəsi sürətlə genişlənir. Regionlarda və paytaxtda kampaniyadan faydalanan vətəndaşların sayı artmaqdadır.
Eyni zamanda, komitənin istifadəyə verdiyi elektron və onlayn xidmətlər də qeydiyyat prosesinin sürətli və şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Vətəndaşlar, banklar, mülkiyyətçilər, aidiyyəti qurumlar, fikizi və hüquqi şəxslər komitənin 31 elektron, 3 onlayn və 3 SMS xidmətindən faydalana bilir. Vətəndaşlar daşınmaz əmlaka dair yüklülük arayışlarını onlayn qaydada əldə edir, daşınmaz əmlak barədə dövlət reyestrindəki məlumatlara onlayn şəkildə baxa bilir. Həmçinin digər onlayn xidmət nəticəsində notariusda edilən alqı-satqıdan sonra təsdiqlənmiş sənədlər onlayn qaydada ərazi qeydiyyat idarəsinə göndərilir. Onlayn xidmətlər məmur-vətəndaş ünsiyyətini minimuma endirib və vaxta qənaət olunmasına şərait yaradıb. Ümumilikdə isə göstərilən 31 elektron xidmət vasitəsilə 300 minə yaxın elektron müraciət daxil olub və icra edilib.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir