www.sinerjipro.net

SinerjiProWide
Reklam

EmlakAzərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı ilə jurnalistlərimiz üçün inşa edilmiş və istifadəyə verilmiş binada mənzil sahibi olan 100-dən çox jurnalistə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 24 dekabr 2015-ci il tarixində binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim ediləcəkdir.

Tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevin, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin iştirakı ilə keçiriləcəkdir.

Yaşayış binası dövlət başçısı tərəfindən imzalanmış Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncama əsasən tikilərək istifadəyə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi də ölkə rəhbərliyinin tapşırıqlarına əsasən jurnalistlərin mülkiyyət hüquqlarının səmərəli təmin olunması məqsədilə “Kütləvi çıxarış” kampaniyasını növbəti dəfə məhz jurnalistlər binasında təşkil etmişdir.

Tədbirdə iştirak etmək istəyən Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin 24 dekabr 2015-ci il tarixində saat 11:30-da Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, bina 22 (“Jurnalistlər binası”) ünvanında olmaları xahiş olunur.

Əlaqə telefonu: (012) 490 24 08 (daxili 111 və 157), (050) 235 30 33

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."