Ads by Google

hightechnic
Ads by Google

fc243610-5240-491c-8012-c31ee5e32101_292Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, diplomatik nümayəndəlikdə keçirilən tədbirdə Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, həmçinin ölkə ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə, tədbir iştirakçılarına Prezident İlham Əliyevin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Dünya Azərbaycanlılarına ünvanladığı müraciət oxunub. Daha sonra tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu tarixin yaradıcısı ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilib.

Tədbirdə Azərbaycanın istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Prezidentinin fərmanı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbirin sonunda bayram ziyafəti verilib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."