Yazı İçi 468×60

AZAL ilk dəfə Bakı-Küveyt-Bakı turist çarter reysini həyata keçirib.

Yenicag.Az  xəbər verir ki, reys “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti ilə Küveytin “AlKazemi Travel Agencies” turizm şirkəti arasında əldə olunan sazişə əsasən həyata keçirilib.

2017-ci ilin yanvar ayından sentyabr ayına kimi ilk mərhələdə 12 çarter reysinin yerinə yetirilməsi nəzərdə tutulub. Reyslər komfortlu Airbus А320 laynerləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtında yerləşən Şeyx Saad Hava Limanına yerinə yetiriləcək.

Reyslərin əsas təyinatı hər iki ölkəyə mütəşəkkil turist qruplarının daşınmasıdır. Bununla belə, bəzi reyslərə individual aviabiletləri AZAL-ın agentliklərində və ya aviaşirkətin saytında əldə etmək mümkündür. Qrupların bronlaşdırılması üçün “ALKazemi Travel Agencies” şirkətinin Azərbaycandakı Agenti “Silk Way Travel” şirkətinə müraciət etmək olar.

Xatırladaq ki, ötən ilin yayında Küveytdən 500-ə yaxın turistin Azərbaycana səfər edib. Mütəxəssislər hesab edir ki, birbaşa reyslərin açılması Küveytdən olan turistlərin sayını 3-4 min nəfərədək artıracaq.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."