yenicag.az

"Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub" - Əli Əhmədov

“Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub” – Əli Əhmədov

Müəllif: Redaktor

Editor

“Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir”.

Bunu bu gün baş nazirin müavini Əli Əhmədov söyləyib.

Ə. Əhmədov deyib ki, Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub: “Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradə nümayiş etdirə bilir. Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq iradəsini ortaya qoyub”.

Yeniçağ.az

Xəbərlər, Siyasət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti