Lavrov: “ABŞ-la yeniden danışıqlara başlayacağıq”

Müəllif: Redaktor

Editor

15301072_1701541726827674_1712769827_nRusiyanın Xarici İşlər naziri Sergey Lavrov Hələbdə müxaliflərin geri çəkilməsi üçün ABŞ-la danışıqlara başlayacaqlarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mətbuatı yayıb.

Məlumatda bildirilir ki, əsas müzakirə mövzusu Hələbdən geri çəkilməyən silahlıların “terrorçu” adlanıb-adlandırılmayacağı olacaq.

Bundan əlavə, Lavrov Hələb şəhəri tamamilə azad edilənə qədər Suriya ordusuna yardım edəcəklərini qeyd edib.

Qeyd edək ki, Lavrov dekabrın 3-ü Romada keçirilən iclas zamanı ABŞ-lı həmkarı Con Kerriyə Hələbdəkidə vəziyyəti həll etmək üçün yeni təkliflər irəli sürdüyünü də bəyan edib.

 

Yenicağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır