Lavrov: “NATO-nun sərhədlərimiz yaxınlığındakı hərəkətləri təxribat xarakterlidir”

Müəllif: resul

Editor

NATO-nun Rusiya sərhədləri yaxınlığındakı hərəkətləri təxribat xarakteri daşıyır.

Yeniçağ.Az-ın “APA”ya istinadın verdiyi xəbərinə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

“Buraya həm də, Polşa və Baltikyanıda Alyansın əlavə hərbi kontingentlərinin yerləşdirilməsi aiddir. Qeyd edim ki, artıq Şərqi Avropanın digər ölkələri – Bolqarıstan və Rumıniyada da analoji kontingentlərin yerləşdirilməsi ətrafında diskussiyalar aparılır”, – deyə nazir bildirib.

XİN rəhbərinin sözlərinə görə, təxribat hərəkətlərə həmçinin bloka üzv olan bəzi ölkələrin silahlı qüvvələrinin təkmilləşdirilməsinə dair milli planlarının ardıcıl reallaşdırılması, yeni hərbi infrastrukturun qurulması və sərhədlərimiz yaxınlığında NATO təlimlərinin sayının və miqyasının xeyli artması da aiddir.

Lavrovun sözlərinə görə, qeyd olunan məsələlər, habelə NATO-nun Rusiya ilə mülki və hərbi kanallarla əməli əməkdaşlığın tamamilə dondurulmasına dair birtərəfli qərarı etimadsızlığın artmasına və Avropa qitəsində qüvvələrin mövcud balansının pozulmasına gətirib çıxarır.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir