Lavrov və Çavuşoğlu Hələbdəki vəziyyəti müzakirə ediblər

Müəllif: resul

Editor

lavrovRusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyəti müzakirə ediblər.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl Türkiyə XİN-i Rusiya hərbçilərinin Hələbdəki yerli silahlı qruplaşmalarla danışıqlardan sonra atəşkəsə nail olduqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl Hələbin 98 faiz hissəsinin Suriya ordusunun nəzarətində olduğu bildirilib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə Suriya hökumətinin şərqi Hələb üzərində nəzarətini bərpa etdiyini bildirib.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır