yenicag.az

Layihə çərçivəsində sonuncu təlim keçirilib – Həsənqala kəndində

Layihə çərçivəsində sonuncu təlim keçirilib – Həsənqala kəndində

Müəllif: Redaktor

Editor

unnamed“İctimai Liderlərin Məşvərət Məclisi” İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığı zəminində baş verən cinayətlərə qarşı mübarizəyə ictimai dəstək ” adlı layihənin sonuncu təlimi keçirildi.

Layihənin məqsədi məişət zorakılığının,ən çox da qadınlara qarşı edilən zorakılığın qarşısının mümkün qədər alınması məqsədilə əhali arasında maarifləndirmə işlərinin aparılmasından ibarət idi .

Bu gü layihə çərçivəsində Qusar rayonu Həsənqala kəndində məktəbdə sonuncu təlim keçirildi . Təlimdə layihə rəhbəri H.Şıxəliyev layihə və donor haqda ətraflı danışdı.

Təlimci Şərqiyyə Dadaşova məişət zorakılığı ,səbəbləri , nəticələri və “Məişət zorakılığının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunu haqda geniş məlumat verdi .Sonra müzakirələr oldu. Məişət zorakılığı zəminində baş verən cinayətlərə qarşı mübarizəyə ictimai dəstəyin göstərilməsi üçün təkliflər dinlənildi və suallar cavablandırıldı.

İştirakçılar Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və “İctimai Liderlərin Məşvərət Məclisi” İctimai Birliyinə təşəkkür etdilər.

Təlimdə 25 nəfər iştirak etdi

Qeyd: Layihə çərçivəsində Xaçmaz,Quba,Qusar rayonlarında 15 təlim keçirildi.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti