!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakı yollarında “Formula” qəzaları - FOTOLAR

!Reklam – Yazi

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələləsində iki qəza baş verib.

Yenicag.az xəbər verir ki, əvvəlcə Antonio Fuokonun (İtaliya, Prema Racing) idarə etdiyi bolid rəqibin maşınına dəyib, daha sonra səddə çırpılıb.

Nəticədə Fuoko yarışı yarımçıq dayandırıb. Onun idarə etdiyi bolid kran vasitəsi ilə trassdan götürülüb.
Daha sonra Coni Sekottonun (Venesuela, Rapax) bolidi səddə dəyərək yararsız hala düşüb və mübarizəni dayandırıb.

Bundan başqa Formula 2 yarışının VII mərhələsində zəncirvari qəza da baş verib.

Belə ki, hadisə trekin ən təhlükəli hissəsində – 8-ci döngədə olub. Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri maşınlar isə ardıcıllıqla bir-birilərinə girərək yararsız hala düşüblər.

Nəticədə sözgedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trassdan götürülüb.

Qəza hadisəsi Formula 1 üzrə Azərbaycan Qran Prisində qeydə alınıb.

Üçüncü sərbəst yürüş zamanı “Renault”un pilotu Colion Palmerin idarə etdiyi bolid yanmağa başlayıb. Marşalların köməyi ilə alov söndürülsə də, britaniyalı sürücü çıxışını dayandırıb.

Yenicag.az

www.yenicag.az

4234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv