!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Legionerlər Azərbaycan manatını bəyənmirlər - SORĞU

!Reklam – Yazi

İqtisadi böhran idman federasiyalarından da yan keçmir. Bəzi qurumların üzləri maaş üzünə həsrətdir, bəziləri də əməkhaqqını hissə-hissə alır.

Maraqlıdır, bu vəziyyəti nəzərə alan federasiyalar milli komandaların üzvlərinə maaşları və ya mükafatları hansı valyuta ilə verirlər? Bəs mükafatlar necə bölünür? Bəs futbol klublarında bu ödənişlər hansı prosedurla həyata keçirilir?

Yeniçağ.az sualları idman federasiyalarına və klublara ünvanlayıb:

Azərbaycan Milli Karate Federasiyası:

“Ödənişləri manatla veririk və o sistemlə də davam edirik. Ən azı ona görə ki, Azərbaycan vətəndaşıyıq və təşkilat da özümüzündür”.

Azərbaycan Cüdo Federasiyası:

“Bizim federasiyada ödəniş manatladır. Əlbəttə ki, milli valyuta ilə ödənilir. Mükafatlar isə idmançıların qazandıqlara nəticələrə uyğun olaraq bölünür. Belə ki, Avropa, Dünya və Olimpiya çempionlarına ayrı, Respublika qaliblərinə isə ayrı pul verilir. Yəni ödəmələr dərəcələrə görə müəyyənləşir”.

Azərbaycan Güləş Federasiyası:

“Bizdə həm maaşlar, həm də mükafatlar manatla ödənilir. Ölkənin milli valyutası nədirsə onunla da ödənilir”.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası:

“AFFA tərəfindən bütün əməliyyatlar milli valyuta olan manatla həyata keçirilir”.

“Qarabağ” futbol klubu:

“Bütün maaşlar, ödənişlər milli valyuta ilədir. Belə ki, PFL-in təqdim etdiyi standart müqaviləyə əsasən, bütün maaşlar manatla ödənilməlidir. Biz də buna əməl edirik”.

“Neftçi” futbol klubu:

“Təbii ki, mantla… Çünki milli valyutaya üstünlük veririk”.

“Zirə” futbol klubu:

Biz yerli futbolçulara ödənişləri manatla edirik. legionerlərə isə dollarla. Çünki onlar milli pulu qəbul etmirlər. Dünyanın hər yerində belədir. Mükafatlar isə həm yerli, həm də legioner futbolçularımıza milli valyuta ilə ödənilir”.

 

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

775
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv