!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Legionerləri pulsuz milliləşdirmişik, onlar bizdən maaş da almırlar” – Baş məşqçi

!Reklam – Yazi

behruzMətbuatda yayılan məlumatlara görə, Azərbaycan Atletika Federasiyası da uzun müddətdir idmançılara borclu qalıb. Həmçinin federasiya külli-miqdarda transferi ilə də diqqət çəkib.

Məsələ ilə bağlı dözümlülük üzrə baş məşqçi Bəhruz Salehli ilə əlaqə saxladıq. Federasiya rəsmisi Yeniçağ.az-a müsahibəsində xəbərlərin doğru olmadığını bildirib.

– Bəhruz müəllim, iddialara görə, yerli atletlərimiz artıq bir neçə aydır ki, maaş üzünə həsrətdirlər. Bunun səbəbi nədir?

– Təbii ki, yalandır. İstəyən federasiyamıza gəlib, yaxından maraqlana da bilər. Hətta deyərdim ki, maaşı vaxtından öncə alırlar.

– Yəni heç gecikmə olmayıb?

– Xeyr, heç bir gecikmə də olmayıb. Hətta vaxtından bir həftə əvvəl aldıqları da olur. Məşğul olduqları klublara, cəmiyyətlərə isə biz cavabdeh deyilik. Oradan necə alır, nə vaxt alırlar… bu, bizlik deyil. Amma federasiya tərəfindən təyin edilən pulların hamısını gecikmə olmadan alıblar.

– Legioner oyunçularımız haradadır? Niyə onlar Azərbaycanda, yerli idmançılarımızla birlikdə təlim-məşqlərə heç vaxt qatılmırlar?

– Çoxu öz vətənindədir. Orada məşq edirlər. Bizim milli komandanın bir hissəsi hazırda Belarusiyadakı təlim-məşq toplantısındadır. Atletikanın digər növləri ilə məşğul olanlar isə başqa ölkədə hazırlaşır. Biz hər birini təlim-məşq üçün göndərmişik.

Hərə öz idman növünə uyğun məkanlarda məşq edir. Legionerlərimiz ölkəmizdə olan məşqlərə də, yarışlara da vaxt olanda gəlirlər. Millimizin tərkibindəki legionerlərin çoxu uzaq məsafəyə qaçan idmançılardır. Onlar da gərək dağlıq şəraitdə məşq etsinlər. Çünki atletikanın öz incəlikləri var.

– Rio Olimpiya Oyunlarına 1 ay qalmış milliləşdirilən efiopiyalı Evans Kipliqatın transfer qiyməti federasiyaya neçəyə başa gəlib?

– Heç bir qəpik də verməmişik.

– Bəs onun üçün ödənildiyi deyilən 200 min manata yaxın pul hara xərclənib?

– (gülür) Bu gün mən də internetdə yazaram ki, 500 min veriblər. Əlbəttə ki, boş şeydir. Hətta bir çox milliləşdirilmiş idmançılarımız bizdən maaş da almırlar, elə o da…

– Bəs, nə yaxşı pul almadan Azərbaycanı təmsil etməyə “can atırlar”?

– Onlar ancaq böyük yarışlarda çıxış edəndə mükafat alırlar. O da az miqdarda… Milliləşmə üçün bir qəpik də almayıblar. O qədər pulumuz olsaydı, öz idmançılarımıza xərcləyərdik. Bizim büdcəmiz elə o qədərdir. Legionerlərin hərəsinə 200 min versəydik, idmançılar təlim-məşq toplantılarına necə gedə bilərdilər?! Onların həm də vitamin pulları, həkim üçün müayinə xərcləri var.

– Bəs axı idmançılar özləri etiraf edir ki, dediyiniz vitaminləri elə onların özləri alır?

– İnanmırsınızsa, cədvəli götürün, Gənclər və İdman Nazirliyi ilə də əlaqə saxlayın.

Yenə deyirəm, bizim müəyyən qədər büdcəmiz var. Biz də imkan daxilində idmançıları təmin edirik. Burada da hər şey reytinqə görədir. Ödənişlər reytinqə əsasən verilir. Hətta bitməmiş vitaminlərini də alırlar.

Aygün İlqarqızı
Yenicağ.Az

www.yenicag.az

694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv