Yazı İçi 468×60

1460062998_12980803Xanəndə Qoçaq Əsgərov və müğənni Elnur Məmmədov Azərbaycan ordusunun işğaldan azad etdiyi strateji yüksəklik-Lələ-Təpəyə (Lalə-Təpə) səfər ediblər.

Qoçaq Əsgərov bildirib ki, bu səfəri ərazi ermənilərdən azad edilən gündən bəri gerçəkləşdirməyi düşünüblər. Lakin döyüş getdiyindən bu, ötən gün mümkün olub.

“Lələ-Təpəyə ilk gedən mülkü vətəndaş və sənətçi bizik. Əsgərlər bizi görüb əhval-ruhiyyələri daha da yüksəldi. Onlarla birlikdə Azərbaycanımızı tərənnüm edən mahnılar oxuduq. Şəkillər çəkdirdik. Ermənilərlə bizim aramızdakı məsafə 1 km-dən az olardı. Mən ən yüksək nöqtədə dayanıb “Qarabağ” şikəstəsini oxudum. Ermənilər hər an atəş aça bilərdi. Amma risk etdim, axıra kimi oxudum. Əsgərlərdən bir neçəsi bizimlə çəkdirdiyi şəkilləri ailələrinə çatdırmağımızı istədi. Onlarla keçirdiyimiz həmin saatlar ömrümüzə yazıldı. İnşallah digər torpaqlarımız işğaldan azad olunsun, onun da qələbə sevincin belə yaşayaq”.(gecce)

https://youtu.be/5PNmN4wLiig

https://youtu.be/ZJI83WPyE5g

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 101
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."