Yazı İçi 468×60

Yağıntılı hava şəraiti Lənkəran-Lerik yolundakı sürüşmə sahəsində yenidən aktivlik yaradıb.

Hazırda sözügedən yolun 17, 18, 20, 22, 23, 27, 33 ,41, 45-ci kilometrliklərində yolun hər iki tərəfindəki torpaq qatında mütəmadi sürüşmə gedir və yola qaya parçaları, daş, böyük həcmdə gil və torpaq qatı tökülür.

Ən gərgin vəziyyət isə yolun 23 və 46-cı kilometrliklərində yaranıb. Bu ərazidə torpaq qatı böyük kütlə şəklində sürüşərək yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti üçün maneələr yaradır. Yolda hərəkətin intensivliyini təmin etmək məqsədilə 43 saylı Yol istismar idarəsinin qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Yolda mütəmadi təmizləmə işləri həyata keçirilir. Hazırda rayonda yağıntılı hava şəraiti müşahidə olunur.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."