www.sinerjipro.net

SinerjiProWide
Reklam

31396Lənkəranda 3 gün əvvəl dənizdə çimərkən boğulmuş şəxsin meyiti tapılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Cavid Fikrət oğlu Əlizadə avqustun 8-də dostu ilə birlikdə ömründə ilk dəfə dənizə çimməyə gedib. Rayonun Siyavar kəndinin nəzarət olunmayan ərazisində suya girən C.Əlizadə ehtiyatsızlıq səbəbindən batıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, habelə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, həkim briqadası hadisə yerinə cəlb olunublar. Küləkli hava şəraitinə baxmayaraq, 17 yaşlı gəncin cəsədinin axtarışları nəhayət ki, öz səmərəsini verib.

C.Əlizadənin meyiti batdığı yerdən təxminən 3 kilometr aralıda, Astaranın Şahağacı kəndi ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."