!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda 76 mina və 6 PHS zərərsizləşdirilib

!Reklam – Yazi

98e2a835ce96c494043570396d8435a7Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu Lənkəranda dənizkənarı ərazilərin minalardan təmizlənməsi əməliyyatını başa çatdırıb.
Oktyabrın 13-də aşkarlanmış daha 76 ədəd tank əleyhinə mina və 6 ədəd partlamamış hərbi sursat təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

ANAMA-nın əməliyyat meneceri Böyükağa Haqverdiyevin sözlərinə görə, sahilboyu ərazilər tank əleyhinə minalardan tam təmizlənsə də, müşahidələr göstərir ki, silah-sursat və mina təhlükəsi dənizdə suyun altında hələ də gündəmdə qalmaqdadır.

Onun qənaətincə, dənizin səviyyəsinin son 22 ildə xeyli qalxması nəticəsində ərazidə Ssovetlərdən qalma iki sursat anbarının suyun altında qalması təmizləmə əməliyyatının uzanmasına səbəb olub.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2016-cı ildən axtarış-əməliyyat tədbirləri suda davam etdiriləcək.

 

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv