Lənkəranda bina çökdü – Foto

Müəllif: Redaktor

Editor

5c1c0ce347bd947118cf8aa05712e2d4Lənkəranda taxta konstruksiyalı birmərtəbəli köhnə tikili çöküb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri binanın yerləşdiyi əraziyə gələrək təhqiqat işləri aparıblar. Binanın ətrafına girişin qadağan olunmasını bildirən lentlər çəkilib.

Həmçinin mövcud vəziyyət barədə müvafiq qurumlar məlumatlandırılıb.

Qeyd edək ki, əvvəllər bu binada Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri fəaliyyət göstərib. Şəhərin Səttərxan küçəsi, 52 ünvanda yerləşən, ümumi sahəsi 170 kv.m olan bina uzun müddət qəzalı vəziyyətdə olub.

Lənkəranda bina çökdü - Foto

Lənkəranda bina çökdü - Foto



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır