!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda bir ailənin dörd üzvü bıçaqlandı

!Reklam – Yazi

99943Lənkəranda quldurluq hadisəsi baş verib.

Hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.

Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 22 yaşlı Qalib Əhmədzadəyə, qızı, 20 yaşlı Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara həkimlər tərəfindən zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır(APA TV).

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv