www.sinerjipro.net

SinerjiProWide
Reklam

1438693515_lenƏmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Lənkəranın Veravul kəndindəki “Lənkəran Cay-3” ASC çay fabrikinin 99,94% səhminin satışı üzrə investisiya müsabiqəsini yekunlaşdırıb. Müsabiqənin qalibi adı açıqlanmayan fiziki şəxsdir.

ƏMDK iki iddiaçının iştirak etdiyi bu müsabiqənin nəticələri haqda məlumat yayıb. Qeyd etmək lazımdır ki, ƏMDK-nin məlumatında müəssisədə investisiyalar üzrə müsabiqənin qalibinin öhdəliklərinin həcmi haqda bilgi yoxdur. Çay fabrikinin fəaliyyətini davam etdirəcəyi, yoxsa başqa sahəyə yönələcəyi də məlum deyil. Qurumun mətbuat katibi Turan-ın bununla bağlı suallarını cavablandırmayıb.

Beləliklə, naməlum investor 200 min manat dəyərində səhmi 70 min manata alıb. Lənkərandakı 3 saylı çay fabriki 1982-ci ildə istismara verilib. Müəssisə fəaliyyət göstərmir və iki işçisi var. Fabrikin maliyyə öhdəlikləri 23,5 min manat təşkil edir.
Qeyd etmək lazımdır ki, qanunvericiliyə zidd olaraq ƏMDK həmin müəssisənin tutduğu torpaq sahəsi və onun quruluşu haqda məlumat vermir. “Lənkəran Cay-3” ASC-də əmək kollektivinin üzvləri güzəştli alqı yolu ilə müəssisənin səhminin cəmi 65 ədədini və ya 0,04%-ni alıb. /Turan/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 235
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."