yenicag.az
yenicag.az

Lənkəranda dəhşətli yanğın – VİDEO

Lənkəranda dəhşətli yanğın – VİDEO

Müəllif: Redaktor

Editor

unnamed-1Lənkəran rayonunun Girdəni kəndində fərdi təsərrüfatlardan birində yanğın qeydə alınıb.

ARB TV xəbər verir ki, Lənkəranın Girdəni kənd sakini, 73 yaşlı Sədyar Tilim oğlu Hüseynova məxsus mal-qara tövləsindən başlayan yanğının əhatə dairəsi tez bir zamanda genişlənərək təsərrüfat sahibinin evinə keçib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların operativ müdaxiləsindən sonra yanğın lokallaşdırılıb. Yanğın nəticəsində insan ölümü baş verməsə də, Sədyar Hüseynova xeyli maddi ziyan dəyib.

Sədyar Hüseynov- zərərçəkən: “Qapıya yaxın düşmək mümkün olmadı. Kümənin ağzına ot yığmışdım. Ot yandığına görə girmək olmadı. Əgər ot olmasaydı bəlkə də girmək mümkün olardı”.

Bundan əlavə yanğın zamanı Sədyar Hüseynova məxsus ümumi sahəsi 80 kv.m olan tövlə və içərisinə yığılmış 20 ton ot bağlaması, eləcə də yaxınlıqdakı ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin aynabəndi 1kv.m sahədə yanaraq yarasız vəziyyətə düşüb. İlkin versiya kimi yanğının elektrik xəttində baş verən qısaqanmadan qaynaqlandığı bildirilir.

Hadisənin dəqiq başvermə səbəbləri aparılan ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Hazırda faktla bağlı araşdırma aparılır.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti