www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamed (2)Addım Gənclər təşkilatı , Gənclər üçün Təhsil Mərkəzi 2015 ci il yeni tədris ili ərəfəsində Lənkaran Mədəniyyət Evinin “Yurdum, yuvam məskənimsən- Azərbaycanım” adlı tədbirinə qatılıb. Lənkıran şəhəri və ətraf kəndlərdə davamlı olaraq təşkil olunan tədbirlərin məqsədi yerli əhalinin iştirakı ilə milli mədəniyyət nümunələrimizi və yeni nəsildə vətənpərvərlik hissini təbliğ etməkdir. Bu həftə ardıcıl olaraq Lənkəranin Nərimanabad və Şağlaser kəndlərində layihə çərçivəsində konsert proqramları təşkil olunub. Tədbirdə giriş sözü ilə Lənkəran Mədəniyyət evinin rəhbəri tanınmış ziyalı Hafiz Mirzə çıxış edib. Daha sonraGənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə vəAddım Gənclər təşkilatının rəhbəri Hüseyn Cavadzadə çıxış etmişlər. Daha sonra yerli sakinlərin Lənkəran Mədəniyyət evi ilə birgə hazırladığı proqram təqdim olunmuşdur. Tədbirdə “Hər kəs üçün Təhsil” kompaniyası çərçivəsində orta məktəb şagirdlərinə məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub. Konsert Azərbaycanı Bolqarıstanda keçirilən Discovery İnternational Pop Festivalda təmsil edən müğənni Tofiq Hacıyevin ifası ilə yekunlaşıb.

IMG_5940.JPG görüntüleniyor

IMG_5996.jpg görüntüleniyor

IMG_5846.JPG görüntüleniyor

IMG_5922.JPG görüntüleniyor

IMG_5954.JPG görüntüleniyor

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."