www.sinerjipro.net

SinerjiProWide
Reklam

İstanbul polisi tərəfindən kriminal avtoritet Nadir Səlifova qarşı sui-qəsdin qarşısını almaq məqsədi ilə həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə birlikdə 11 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin “Avalon Car” şirkətinin sahibi Orhan Ergin də var. O, hüquq-mühafizə orqanları tərəfindən ifadəsi aldındıqdan sonra sərbəst buraxılıb.

Yenicag.az-a eksklüziv müsahibə verən Orhan Ergin məlum hadisədən danışmaqla yanaşı, İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin adamı olmadığını bildirib.

– Mənim heç bir problemim ola bilməz. Çünki artıq heç bir günahım olmadığı sübuta yetirildiyi üçün sərbəst buraxılmışam. Mən müştərilərimi zirehli avtomobillərlə təmin edən şirkətin rəhbəriyəm. Bu sahədə tanınan iş adamıyam. Azərbaycan mətbuatında yazılan xəbərləri çox yanlışdır.

Əslində nə baş vermişdi?

– Nadir Səlifovun adını ilk dəfə polisdən eşitdim. Daha əvvəl onunla bağlı hər hansı bir məlumatım olmayıb. Öyrəndim ki, ləqəbi “Lotu Quli”dir. Mən yalnız Namiq Canıyevi tanıyıram. Lənkəranski də rəhmətə getməmişdən öncə müştərim olub. İstanbula gələndə və gedəndə şirkətimdən maşın kirayələyiblər. Ancaq Rövşən Lənkəranskinin “mafia babası” olduğunu bilmirdim. Azərbaycanda da mənim şirkətim haqqında məlumatı olanlar var. Hər kəs bilir ki, mən zirehli avtomobillər icarəyə verirəm. Gələndə sifariş mənə verilir və mən də öz növbəmdə onları maşın, sürücü ilə təmin edirəm.

Namiq Canıyev də əvvəldən müştəriniz olub?

– Bəli. 2016-cı ilin 16 avqustundan bu yana müştərimdir.

Bəs, Rövşənin özü nə vaxtdan müştəriniz olub?

– Lənkəranski qətlə yetiriləndə də mənim müştərim idi. Şəxsən özünü tanımırdım. Mənim məlumatım xaricində ya adamları, ya da yaxınları tərəfindən 3 il məndən maşın icarəyə götürüblər. Şəxsən Rövşən Canıyevin özü ilə görüşməsəm də, mənim kim olduğumu bilirlər. Məni Azərbaycanda da tanıyırlar. Bu səbəbdən hər zaman məndən uzaq durmağa çalışıblar.

– Bəs, “Şirinlər” qruplaşmasının ticarət mərkəzindəki məlum hadisəsində niyə adınız hallandı?
– Biz sadəcə, ora axşam yeməyi üçün getmişdik. Zəng gəldi ki, sizi yeməyə dəvət edirik. Oraya gedəndə bizi qarşıladılar və 4 masa arxada oturduq. Çünki ora sürücü kimi getmişdim. Yeməkdən sonra aşağı düşəndə bizi polis saxladı.

Sizi yeməyə kim dəvət etmişdi? Lənkəranskinin qardaşı, yoxsa…

– Biz Lənkəranskinin qardaşı ilə otelin lobbisində dayanmışdıq. Sonra zəng gəldi getdik. Yeməkdən sonra da ayaqyoluna getdim. Birdən tualetin qapısı döyüldü ki, biz gedirik, maşını hazırla. Dərhal aşağı maşına tərəf düşəndə məni polis gördü. Elə həmin vaxt hamımızı tutdular.

Polisə ifadənizdə nə dediniz?

– Əvvəlcə 10 saat polis bölməsində qaldıq. Daha sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinə aparıldıq. Hamımızın ayrı-ayrı ifadəsi alındı. Həmin vaxt da səhhətimdə problem yarandı. Xəstəxanaya çatdırıldım, sən demə, infarkt keçirtmək üzrə idim. Həyəcandan, hadisənin atmosferindən stressə düşmüşdüm. Ürəyimdə də problem var. Buna görə də həkim yenidən “içəri” girməyimə icazə vermədi. Bundan sonra 7 saat araşdırıldım, ifadəmi aldılar. Keçmişimə nəzər yetirdilər, nələr etmişəm, hansı işləri görmüşəm deyə, araşdırdılar. Ardınca prokuror qarşısına çıxdım. O da “bunlarla nə işin var?” deyə, sorğu-sual etdi. Gördülər ki, heç bir günahım yoxdur, təmizəm. Nəticədə sərbəst buraxıldım. Sizdə “Yanlış anlama” adlı film çəkildi. Onun qala gecəsində gələn sənətçilərə də mənim maşınlarım xidmət göstərib. Mənim işim sadəcə, bundan ibarətdir. Azərbaycan mətbuatında yazılanların heç biri həqiqətə uyğun deyil. Mən heç kimin adamı deyiləm. “Lotu Quli”ni də tanımıram. Nə yaxşılığını görmüşəm, nə də pisliyini. Tanımadığım adam haqqında da düşmən kimi danışmaq iş adamı olaraq mənə yaraşmaz.

Açıqlamalarınızdan belə başa düşülür ki, kriminal aləmdən uzaqsınız…

– Bəli. Onsuz da mın dövlətlə çalışan biriyəm. Nazirlərə, dövlət məmurlarına, şirkət rəhbərlərinə xidmət edirik. Türkiyədə bu işi görən tək şirkət sahibiyəm.

Lənkəranskinin qardaşı İstanbula nə üçün gəldiyini sizə dedimi?

– Xeyr. Əvvəlcə səhhətində problem olduğunu, birinci gün, yəni sabah isə həkim müayinəsinə gedəcəyini demişdi. Amma heç bir söhbətlərinə mən dəvət olunmamışam. Yemək zamanı belə ayrı oturmuşam. Şirkət rəhbəri olsam da, sürücülük də etmişəm. Kiminsə saatı xarab olubsa, balıq yemək üçün yaxşı yer axtarırsa, o işlərə baxıram. Çünki bu, mənim işimdir. Yoxsa məndən nə silah istəyən olub, nə də burada mafiyanın olub-olmadığını soruşan. Çünki bu tip işlər bizlik deyil. Bura o niyyətlə gələn insanlar olsa belə, bu işləri bizdən soruşmazlar.

Niyə?

– Mən böyük, siyasi şəxsləri, hətta Angel Merkelə belə maşınımla xidmət göstərdiyimə görə, telefonlarım dinlənilir. Çünki zirehli maşınla xidmət göstərmək dünyada ən çətin işlərdəndir.

Emin Səfərov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8449
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."