!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranskinin qətlində adı hallanan azərbaycanlı öldürüldü - Video

!Reklam – Yazi

Tbilisidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi məlum olub.

Yenicag.az “Rustavi 2” televiziya kanalına istinadən xəbər verir ki, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur.

Kanalın yaydığı xəbərə görə, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.

Qeyd edək ki, ötən gecə Tbilisidə qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır. Onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin iki – düşünülmüş qətl və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddəsi üzrə cinayət işi başlanıb.

www.yenicag.az

10748
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv