Yazı İçi 468×60

piyada_vurulmasi_kisi_0214Lerik rayonunda avtomobil piyadanı vurub.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Piran kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 1958-ci il təvəllüdlü Salamat İsa oğlu Nuriyev idarə etdiyi “VAZ-2106” markalı, 43-BD-114 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə geriyə hərəkət edərkən rayonun Davradibi kənd sakini 1970-ci il təvəllüdlü Vüqar Şirməmməd oğlu Rzayevi vurub. Nəticədə ağır bəıdən xəsarətləri alan yaralını sürücü dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıb.

Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub: “Avtoqəza nəticəsində xəsarət alan Vüqar Rzayev əməliyyat olunub. Hazırda xəstəxananın Reanimasiya xəstənin vəziyyəti normaldır”.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."