!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lerikdə güclü partlayış: ölən və yaralananların adları məlum olub(Yenilənib)

!Reklam – Yazi

Lerik rayonunda broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Broyler fabrikinin işçilər qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işçilərə dəyib.

Nəticədə üç işçi xəsarət alıb. Onlardan biri hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində dağıntı olmadığı bildirilir.

***

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.

Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.

***

Lerik rayonunda broyler fabrikində partlayış olub.

Hadisə Piran kəndi ərazisində qeydə alınıb.

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.(APA)

Qeyd edək ki, Piran kəndindəki “Lerik Broyler” MMC adlı şirkət oliqarx-deputat İqbal Məmmədova məxsusdur.

Yenicag.az

www.yenicag.az

1073
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv