Yazı İçi 468×60

bichaq9Lerik rayonunun Veri kəndində qonşular arasında kütləvi dava düşüb.

Məlumata görə, hadisə otlaq sahələri üstündə gedən münaqişə zəmnində baş verib.

Hadisə bu gecə saat 4 radələrində qeydə alınıb. H.İsayevin yaşadığı evə 5 nəfər qonşu hücum edib.

Kütləvi dava zamanı iki nəfər ata və oğul xəsarət alıb. Bunlar 72 yaşlı Hüseyn və onun oğlu 37 yaşlı Rafael İsiyevlərdir.Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lənkəran RMX-dan bildirilib ki, Lerik rayonundan iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub: “Xəstələrdən biri baş, ayaq və bədinin müxtəlif nayihələrindən kəsici və küt alətlərlə xəsarətlər alıb. Digər yaralının isə hər iki qulağı kəsilib”.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.(report)

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."