“LeveLand” Təhsil İnkişaf Mərkəzi fəaliyyətə başladı-FOTO-VİDEO

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

4k6i2Bk0578o “Caspian Biznes Center”də “LeveLand” Təhsil İnkişaf Mərkəzinin faəliyyətə başlamasına həsr edilmiş təntənəli açılış mərasimi keçirilib. Mərasimdə dövlət qurumlarının təmsilçiləri, xaricdə təhsil alan və ictimai fəal gənclər və bir sıra digər tanınmış gənclər iştirak edib.
Mərasimi giriş sözü ilə açan “LeveLand” Təhsil İnkişaf Mərkəzinin direktoru İsgəndər Ağayev deyib ki, mərkəzin məqsədi Azərbaycan vətəndaşlarına təhsil sektorunda keyfiyyətli xidmət göstərməkdir: “Bu sahədəki uzunmüddətli təcrübəmiz sayəsində düşünürəm ki, gənclərimizin istəklərinə uyğun fəaliyyət göstərə biləcəyik. Mərkəzimiz əsasən xaricdə təhsil, xarici dillər və treninq sahələrində xidmət göstərəcək”.
Qeyd edək ki, mərasimdə eyni zamanda “LeveLand”ın təşkilatçılığı və tanınmış simaların iştirakı ilə çəkilən və uşaqlara həsr edilən “Yerində Dur” sosial çarxının da təqdimatı baş tutub.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır