!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leyla Əliyeva anasını belə təbrik etdi

!Reklam – Yazi

NRf0l971DLMQHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstagram hesabında anası Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Ona olan səmimi hisslərimi ifadə etmək mənim üçün çox çətindir: böyük sevgi, hörmət və heyranlıq. Onun qızı olmağımla həmişə qürur duymuşam. Bütün dünya onu gözəl və eleqant qadın kimi bilir. O, dünyanı gözəlləşdirir. O qərarlı, qorxusuz və yorulmaz biridir. Çox zaman bu sıra “mərd” sözü ilə davam edir. Lakin o, əsl incəlik təccəssümüdür. Özümü tanıyandan anam həmişə bütün, hətta ən kritik vəziyyətdə təkcə öz iştirakı ilə intizam və dinclik yaradıb. Mən hesab edirəm ki, Allah onu bu dünyaya öz missiyasını yerinə yetirmək – dünyada xeyirxahlığı qorumaq üçün göndərib. Biz hamımız anamızı sevirik. Bu tamamilə fərqli – heç nə ilə müqayisə olunmayan bir hissdir. Bu sevgi uşaq üçün neçə yaşı olmasından asılı olmayaraq daimi güc mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşmaq və öz gücü ilə bütün dünyanın həyatını dəyişdirməyə qadirdir. Bugün o, uşaqlıqda olduğu kimi mənim üçün dünyada ən sevimli və ən gözəl insan olaraq qalır. Doğum günün mübarək, ana!”(aznews).

www.yenicag.az

1231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv