Leyla Əliyeva forumda iştirak edib

Müəllif: Redaktor

Editor

b9a4def5-11fa-409c-827b-be6aad78eb75Dekabrın 6-da Moskvadakı “Crocus City Hall” konqres zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VII illik forumu işə başlayıb.

“RAGB nəsli: vətənpərvərlik, yaradıcılıq, uğur” mövzusunda keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva iştirak edir.

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilmiş bu forumda 500-dən çox nümayəndə, fəxri qonaqlar, Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak edirlər. RAGB-nin 62 regional bölməsinin fəalları, Azərbaycan diasporunun və Rusiyanın gənclər təşkilatlarının təmsilçiləri də foruma qatılıblar.

Gənc fəallar və ekspertlər “Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi”, “Rusiyada ekologiya ili elan edilmiş 2017-ci ilə Azərbaycan gənclərinin töhfəsi”, “Diasporun möhkəmlənməsində RAGB-nin rolu”, “Gənclər biznesdə: startapların yaradılması və inkişafı” mövzularına həsr edilmiş bölmə iclaslarında iştirak edəcəklər.

Forum işini plenar iclasla tamamlayacaq. Bu iclasda bölmələrdə aparılmış müzakirələrə yekun vurulacaq. Gözlənildiyinə görə, bu axşam “Vegas City Hall” konsert salonunda EMİN, Elka, Tünzalə Ağayeva, Xəyyam Nisanov, Emil Qədirov və digər məşhur ifaçıların iştirakı ilə böyük konsert olacaq.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır