Leyla Əliyeva: “Gümrahlıq və nikbinlik duyğuları hiss edilir”

Müəllif: Redaktor

Editor

LQHPQpPP0BzZ“Baku” beynəlxalq jurnalının 50-ci, yubiley nömrəsi çapdan çıxıb.

Jurnalın baş redaktoru Leyla Əliyeva nəşrin yubiley nömrəsində jurnal barədə öz təəssüratlarını yazıb. L.Əliyeva jurnalın hər bir nömrəsinin Bakıya sevgi etirafı olduğunu bildirib: “Jurnalın ən birinci nömrəsinin çapa imzalandığı gündən elə də çox vaxt keçməyib, amma artıq əllinci nömrə çapdan çıxır. Bu əlli nömrənin hər birinin öz süjetləri, öz qəhrəmanları və əlbəttə, öz taleyi olub. Onlar hamısı birlikdə və hər biri ayrılıqda öz adına tamamilə müvafiqdir. Həqiqətən, jurnalımızın hər nömrəsi redaktor sütunundan başlamış dünyəvi xronikaya qədər Bakının ruhunu ifadə edir”.

Jurnalın hər bir nömrəsi gözəl Bakı şəhərinə sevgi etirafıdır. Bu şəhərdə “onun sakinlərinin bənzərsiz məlahəti, gümrahlıq və nikbinlik duyğuları hiss edilir”. Dünyanın hansı guşəsində olmağınızdan, bayırda hava şəraitindən asılı olmayaraq “Baku” jurnalı həmişə sizə günəş işığı, hərarət bəxş edəcək, nə isə yeni bir mövzuda söhbət açacaq, sizi maraqlandıracaq, bəzən də əyləndirəcək”.

Baş redaktor Bakıya gələnlərin sayı artdıqca jurnalın oxucularının da sayının artdığını diqqətə çatdırıb: “Və ya əksinə, bizim jurnalı oxuyan hər kəs gec-tez, qısa müddətə də olsa, şəhərimizə gəlmək imkanı axtarmağa başlayır və belə bir imkan tapır. Lakin Bakıya heyran olmaq və onunla görüşləri bizim jurnalın səhifələrində davam etdirmək üçün bir neçə gün də kifayətdir”.

Nəşrin baş redaktoru əldə olunan uğurların arxasında jurnalın peşəkar yaradıcı komandasının böyük zəhmətinin və oxucuların olduğunu qeyd edib: “Bu, bizim ümumi uğurumuzdur. Bakıda olan hər kəs bu şəhərin unikal rusdilli mühitini xüsusi qeyd edir. Aşkardır ki, bakılıların məlahətli rus dilinə vurulmamaq mümkün olmadığı kimi, həmin rusdilli mühitin hər hansı dekretlər və fərmanlar vasitəsi ilə yaradılması da mümkün deyil. İlk növbədə ona görə ki, bu dil onu hədsiz sevən insanların canlı, dinamik ünsiyyət vasitəsidir. Bakıda rus mədəniyyətinə tələbat bəlkə də elə bununla müəyyən edilir. Jurnalın hər nömrəsi çapdan çıxandan sonra oxucular Azərbaycanı daha yaxşı tanıyır, bu ölkəyə səyahət edir, onun təklif etdiyi reseptlər əsasında yeməklər hazırlayır, Azərbaycanın tarixini yenidən dərk edir, dünyanın müxtəlif guşələrində yaşayan istedadlı bakılılarla tanış olurlar”.

Leyla Əliyeva sonda jurnalın müxtəlif ölkələrdən, xalqardan olan oxucularının “Baku” sayəsində bir-birinə daha çox yaxınlaşdığını yazıb: “Bizim jurnalda mənim özümə ən çox xoş gələn odur ki, bu nəşrdə darıxdırıcı olmayan bütün janrlara yer verilir. “Baku” jurnalının sayəsində bir-birimizə daha yaxın oluruq. Görünür, tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət ab-havasına doğru aparan ən düzgün yol budur, bunlarsız sabahkı günü təsəvvür etmək mümkün deyil”(Azərtac)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir