!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leyla Əliyeva öz filmini ABŞ-da təqdim edəcək

!Reklam – Yazi

120951_res_01Gələn ilin yanvarında “Əli və Nino” filminin premyerası keçiriləcək.

Yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək keçiriləcək ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalında nümayiş olunacaq.

Heydər Əliyev Fondundan AZƏRTAC-a bildiriblər ki, “Əli və Nino” filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

Qeyd edək ki, filmin çəkilişləri 2015-ci il fevralın 24-dən iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində və paytaxtın bir sıra digər məkanlarında, Qobustan və Xınalıqda aparılıb.

Filmin yaradıcı heyəti ilk gündən ssenariyə, səviyyəli komandaya, çəkiliş üçün gözəl məkanlara və güclü aktyor heyətinə əsaslanaraq ekran əsərinin böyük uğur əldə edəcəyinə əminliyini bildirmişdi.

Bu uğur ilk dəfə olaraq “Sundance” beynəlxalq film festivalında geniş ictimaiyyətə təqdim ediləcək. ABŞ-ın Yuta ştatının Park Siti şəhərində təşkil olunacaq festival 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə təşkil ediləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək.

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv