!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leyla Əliyeva uşaq evində - Fotolar

!Reklam – Yazi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının 2 saylı uşaq evinin sakinləri ilə görüşüb.

Heydər Əliyev Fondundan Yenicag.az-a verilən məlumata görə, uşaqlarla birlikdə nahar süfrəsi arxasında söhbət edən Leyla Əliyeva onların dərs ilini uğurla başa vurması barədə danışıb və qarşıda yay istirahəti müddətində asudə vaxtlarının təşkili proqramı ilə maraqlanıb.

Qeyd olunub ki, 2 saylı uşaq evi Heydər Əliyev Fondunun daim baş çəkdiyi müəssisələrdən biridir. Bu dəfə uşaq evindən kənarda təşkil olunan görüşdə uşaqlar üçün əyləncə proqramı da təşkil edilib. Leyla Əliyeva uşaqlarla birlikdə rəqs edib. Onlarla xatirə fotoları çəkdirib.

Yenicag.az

www.yenicag.az

1089
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv