1467920x669İyulun 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün istirahət proqramı təşkil edilib.

Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 1 saylı körpələr evi və 1 saylı uşaq evinin sakinləri ilə birlikdə şənlikdə iştirak edib.

Körpələr və uşaq evinin yeniyetmə sakinləri onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə asudə vaxtlarını keçiriblər.

Leyla Əliyeva uşaqlarla səmimi söhbət edib, onların əyləncələrinə qatılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlara müntəzəm baş çəkir, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, uşaq və yeniyetmələrin təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir.

İstirahət, müxtəlif bayram və əlamətdar günlərdə əyləncələrin təşkili isə uşaqlara unudulmaz xoş anlar yaşadır.(Azərtac)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."