Yazı İçi 468×60

leyla-aliyeva-lid_erxeber-989Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Səhiyyə Təşkilatı və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə birlikdə qadınlar üçün pulsuz mammoqrafik müayinə keçirilib. “Döş xərçənginin profilaktikası” xeyriyyə proqramı “İntelMed” klinikasında təşkil edilib.

Həkim-mammoloq, tibb elmləri namizədi Aytən Əmirova qeyd edib ki, bu aksiya çərçivəsində onlarca qadın müayinə olunub. Diaqnostika bir neçə mərhələdən ibarətdir: mammoloji müayinə, genetik meyilliliyin aydınlaşdırılması, ultrasəs müayinəsi və risk dərəcəsinin aşkar edilməsi. Aksiya Rusiyanın başqa şəhərlərində davam etdiriləcək.

Qeyd edək ki, Rusiya ərazisində döş xərçənginin yayılması dinamikasının artması ilə əlaqədar, RAGB-nin təşəbbüsü ilə keçirilən bu aksiya Moskva sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Döş xərçəngi çox vaxt 35-42 yaşlı qadınlarda rast gəlir. Dünya Səhiyyə Təşkilatı (DST) 1992-ci ildən başlayaraq hər il oktyabr ayında döş xərçənginə qarşı mübarizə kampaniyası keçirir, əhalini bu xəstəlik və onun müalicəsinin yeni üsulları haqqında məlumatlandırır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."