Yazı İçi 468×60

14492688451815850573_1000x669ghjHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci ildə təsis edilən IDEA İctimai Birliyi dekabrın 4-də BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) Tərəflər Konfransına üzv qəbul edilib.

Əsası 1994-cü ildə qoyulmuş UNCCD ətraf mühit və torpaqların davamlı idarə olunması sahələrini birləşdirən yeganə beynəlxalq sənəd hesab olunur. Konvensiya 195 dövlət, ö cümlədən 1998-ci ildə Azərbaycan tərəfindən ratifikasiya olunub. Konvensiyanın Katibliyi Almaniyanın Bon şəhərində yerləşir və əsas etibarilə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında davamlı torpaq idarəçiliyi sahəsində təcrübə və texnologiya mübadiləsini təmin edir.

Dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti də UNCCD-nin fəaliyyətində iştirak edə bilər. Belə ki, xüsusi akkreditasiya prosesindən keçmiş 200-ə yaxın qeyri-hökumət təşkilatı hazırda UNCCD-nin üzvüdür.

BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasına akkreditə olan IDEA İctimai Birliyi Azərbaycanı bu Konvensiyada təmsil edən ilk qeyri-hökuməti təşkilatı kimi tarixə düşüb.(Azərtac)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."