!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Leyla Yunus azadlığa buraxılıb

!Reklam – Yazi

66b7a937a230fca6bfbbf19d916c7b5aOnun qızına məxsus evin müsadirə olunması barədə qərar ləğv edilib

Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında
vəkillər çıxış edərək Leyla və Arif Yunuslar haqqında bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Prokuror isə məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını istəyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim qərarı elan edib.

Qərara əsasən, məhkəmənin Leyla və Arif Yunusların barəsində bəraət hökmü çıxarılmasına əsas görmədiyi elan olunub. Lakin qeyd olunub ki, onlar barəsində hökm dəyişdirilməlidir.

Leyla Yunusun ittiham olunduğu Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə bağlı müddət keçdiyindən həmin maddə üzrə təyin olunan cəzalar hökmdən xaric olunub.

Leyla Yunusun barəsində təyin olunan 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab olunub. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Eyni zamanda Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Məhkəmə Leyla və Arif Yunusların övladı Dinara Yunusa məxsus evin müsadirə olunması barədə qərarı da ləğv edib.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.

Apellyasiya Məhkəməsinin noyabrın 12-də keçirilən prosesində həbs-qətimkan tədbirini dəyişdirib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv