www.sinerjipro.net

SinerjiProWide
Reklam
fbd1680f7db503472dd3b19cdebaad37Oktyabrın 16-da səhər saatlarından başlayan şiddətli yağışlar nəticəsində Lənkəranın bir neçə yaşayış məntəqəsini su basıb.

APA-nın cənub bürosunun məlumatına görə, ən kritik vəziyyət rayonun Bürcəli, Türkəkəran və Yuxarı Nüvədi kəndlərində yaşanıb. Belə ki,  həmin ərazilərdə onlarla fərdi yaşayış evinin həyətyanı sahələri sel sularına qərq olunub, nəticədə yerli sakinlərə xeyli maddi ziyan dəyib.

 

Qeyd edək ki, dağdan gələn güclü sel suları həmçinin Ələt-Astara magistralının Bürcəli kəndindən keçən hissəsində yola axdığından  nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasedicilərinin və texnikasının səyləri ilə 10-a yaxın evdən köməksiz vəziyyətdə qalmış 20-dən çox sakin evakuasiya olunaraq qohumlarının yanına köçürülüb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

fbd1680f7db503472dd3b19cdebaad37 8e3c8fd713eea673613eedcadc863ad3 a377139e05d3b75286adbd2ec1e3a4e0 cd29b304564b672bd922b0dad0dbb7df f83b2eaf0f3f751fe07a0ecc46182b24

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."