Lider TV-də “yarpaq tökümü” - Peşəkarlar kanalı niyə tərk edir? 

Müəllif: Baş Redaktor

Baş Redaktor

Ölkənin azsaylı telekanallarından olan Lider TV özünün aparıcı simalarını ard-arda itirməkdədir. 

Yeniçağ.Az xəbər verir ki, Lider TV-nin ölkə teleauditoriyasında rəğbətlə qarşılanan bir çox tanınmış əməkdaşları kanalı tərk ediblər.

Məlumata görə, ötən il Lider TV-ni tərk etmiş əməkdaşlar arasında İlham Abdulov ( “Lider Xəbər” Departamentinin rəisi idi), Vüsalə Babayeva (“Lider TV və Azərbaycan radiosu” MMC-nin baş prodüseri idi) və Mehman Mehdiyevin (“Lider Xəbər’’ Departamentinin aparıcısı, ‘’Ekonomiks’’ qrupunun rəhbəri idi) adlarını xüsusi qeyd etmək olar.

Karyerasının 17 ilini sözügedən teleradioya həsr edən İ. Abdulov 2016-cı ilin yanvar, 14 il Lider TV-də çalışmış V. Babayeva sentyabrın 1-də (kanalın yarandığı gündə), M. Mehdiyev isə oktyabrda öz ərizələri ilə telekanaldan ayrılıblar.

Son akkordu isə “Lider Xəbər” Departamentinin rəis müavini, “Gənclər” redaksiyasının baş redaktoru və “Ana Xəbər” buraxılışının aparıcısı Günel Gözəlova vurub. O, 13 il işlədiyi telekanalla əməkdaşlığa bu ilin noyabr ayında son qoyub. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Televiziya və radio işçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncamı ilə mükafatlandırılanlar arasında olan və illərdən bəri ‘’Səda’’nın simasına çevrilən Günel Gözəlova artıq iki aydır ki, efirdə yoxdur.

Tanınmış telejurnalistlərin Lider TV-dən ayrılmalarının səbəbləri barədə yayılan  xəbərlərdə son dövrlərdə telekanalda az ödənişli qeyri-peşəkarlara daha geniş meydan verilməsi və yaradıcılıq prosesinə müdaxilələrin ifrat səviyyəyə çatması bildirilir.

“Lider” TV-nin adları çəkilən tanınmış aparıcılarının telekanaldan ayrılma səbəblərini Yeniçağ.Az-a açıqlayan “Səda” Xəbərlər Departamentinin rəhbəri Anar Şükürov isə onların öz ərizələri əsasında işdən azad olunduqlarını deyir:  “Bu barədə onların özləri ilə də əlaqə saxlayıb, “Lider”dən getmələrinin səbəbini öyrənə bilərdiniz. Ancaq bu barədə məndən soruşursunuzsa, onların hər biri hər hansı narazılıq bildirmədən öz ərizələri ilə işdən çıxıblar. Yəqin siz də bilirsiniz ki, “Lider” TV-dən ayrılan o aparıcılar kifayət qədər peşəkar insanlardır və hazırda daha yüksək vəzifələrdə çalışırlar. Ümumiyyətlə, bizim telekanlı tərk edən əməkdaşların əksəriyyəti öz karyerasında ancaq irəli gedir”.

Araz

Yeniçağ.Az 

Foto Qalereya:


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir