Ads by Google

hightechnic
Ads by Google

5222bf91-aefe-4900-b59c-292977eaf4a6_292df“Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib.

Məlumata görə, “Lider” TV MTRŞ-nın bu televiziya kanalı ilə bağlı qəbul etdiyi qərarının ləğv olunmasını istəyir.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, MTRŞ “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq edib. MTRŞ İnzibati Xətalar Məcəlləsinin 187-1.0.1 (yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulması), 187-1.0.4 (texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına və ya reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına və ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) iki maddəsini əsas tutaraq xəbərdarlıq edib(report).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."