Liderçilərin 15-ci sevinci

Müəllif: Baş Redaktor

Baş Redaktor

97373Bu gün Azərbaycanın efir məkanında xüsusi yeri olan Lider televiziyasının ad günüdür. Liderin ölkənin efir məkanından ilk sədasından 15 il keçir.

2000-ci ilin bu günü onsuz da sayca az olan milli telekanalların sırasına güclü texniki bazası, peşəkar kollektivilə yeni bir televiziya kanalı daxil oldu.

Qarşılarına qoyduqları məqsədi kanala ad seçən həmkarlarımız az bir zamanda, hətta peykdə ilk yayımlanan media orqanı kimi bir ilkə də imza atdılar.

Ardınca fəaliyyətini genişləndirən Lider televiziyası beynəlxalq yarışların yayımlarını yüksək peşəkarlıqla həyata keçirdi.

Efirdən hər gün ən son xəbərləri çatdıran Günel Gözəlovaya bütün kanal adından təbriklərimizi çatdırdıq:

“Biz xəbər proqramlarında fərqli rublikalar təqdim edirik. Biz xəbər verməklə yanaşı tamaşaçını həm də maarifləndiririk. Ümumiyyətlə bütün jurnalistlər milli dəyərlərin unutmurlar. Biz xəbər hazırlayarkən unutmuruq ki, düşmən baxır. Hesab edirəm ki, məhz buna görə biz fərqlənirik”.

İlk vaxtlar efirdə fərqli verlişlərlə tamaşaçı etimadını qazanan televiziyanın simaları bu gün fərqli vəzifələrdə çalışsalar da kanalın 15 illik yubileyində yenə bir araya – onları birləşdirən doğma kanallarına toplaşmışdılar.

Xatirələrini bölüşən Liderçilər ad günü tortunu da birlikdə kəsdilər.

“Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Yeniliklərə gəlincə isə müasir xəbər tendensiyalarını öyrənirik. Bu məqsədlə də xaricdən tanınmış jurnalistlər dəvət edirik. Müasir dünyada xəbər tendensiyalarını öyrənib fəaliyyətimizə əlavə rəng qatırıq”, – deyə xəbərlər xidmətinin redaktor müavini Radik İsmayılov fikrini açıqlayıb.

Kanalda olan zaman təsadüfən təcrübə keçən müxbir və aparıcıların sınaq çəkilişlərinin şahidi olduq.

Bu isə o deməkdir ki, kanal yeni mövsümdə də tamaşaçılarını yeni simada, yeni verlişlərlə sevindirəcək.(ans)

YeniCag.az kollektivi Liderçiləri təbrik edir və uğurlarının davamlı olmasını arzulayır.  



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır