Livanda 2 terror aktı – 43 ölü, 240 yaralı (Yenilənib)

Müəllif: Redaktor

Editor

2919f408b5ceb33533800d6b8d0017c6wedf1Livanın paytaxtı Beyrutda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Livanın səhiyyə naziri Vael Əbu Faur deyib.

Nazirin sözlərinə görə, terrorçular tərəfindən törədilən iki partlayış nəticəsində 240 nəfər yaralanıb.

***

Livanın paytaxtı Beyrutda törədilmiş iki partlayış nəticəsində 37 nəfər ölüb, azı 180 nəfər yaralanıb.

Məlumata görə, bu barədə rəsmi qurumların məlumatında bildirilir.

Livanın baş naziri Təmmam Salam faciə ilə əlaqədar noyabrın 13-nə ölkədə matəm elan edilib. Məlumata görə, sabah ölkə ərazisində bütün dövlət qurumları və təhsil ocaqları bağlı olacaq.

Qeyd edək ki, partlayışlar Beyrutun cənub ətrafında yerləşən “Burc əl Baracn” düşərgəsində törədilib(APA)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir