yenicag.az
yenicag.az

Livanlı Ayətullah: “İran səlibçilərə xidmət edir”

Livanlı Ayətullah: “İran səlibçilərə xidmət edir”

Müəllif: Redaktor

Editor

ayetullahLivanın “Hizbullah” təşkilatının ilk lideri olmuş Ayətullah Sübhi əl-Tüfeyli İranı məzhəb müharibəsini alovlandırmaqda günahlandırıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ayətullah Sübhi əl-Tüfeyli İranın “İslam birliyi” pərdəsi altında öz maraqlarını həyata keçirtməyə çalışdığını deyib. Onun sözlərinə görə, İran İslam inqilabı liderinin əsas məqsədlərinin məzhəbçilik deyil, müsəlmanların vəhdəti olduğuna dair sözləri reallıqla uyğun gəlməyib:

“Lider İslam vəhdətindən, müsəlmanların birliyindən danışırdı, Fələstini xilas edəcək 20 milyonluq ordudan, imperializmlə mübarizədən bəhs edirdi”.

Ayətullah əlavə edib ki, “Hizbullah” Livanın İsrail işğalından azad edilməsi üçün yaradılsa da, sonra bu təşkilat Tehranın əlində vasitəyə çevrildi:

“Ölkəyə gələndə gördük ki, bunların məqsədi başqadır, ölkəmizin azad edilməsi ilə maraqlanmırlar. Livanda vətəndaş müharibəsində tərəf oldular, ölkədaxili bütün qruplarla döyüşməyə başladılar. Mən bu vəziyyətə dözmədim və “Hizbullah”dan ayrıldım”.

Sübhi əl-Tüfeyli İranın öz məzhəbçi siyasəti ilə ABŞ-ın tələsinə düşdüyünü, səlibçilərə və sionistlərə xidmət etdiyini bildirib:

“İran Qərbin müsəlmanların əleyhinə həyata keçirtdiyi əməliyyatlardan da öz maraqları üçün istifadə etməyə çalışır. Düşünür ki, bu siyasətlə özünün nüfuz dairəsini genişləndirəcək, İslam dünyasında tək hegemon dövlət olacaq. Bu, Allahdan qorxmayanların düşüncədir. Əslində, İranın etdikləri səlibçilərin və sionistlərin xain planlarında yer almaqdır”.

İranın və “Hizbullah”ın Suriyada Əsəd rejimini dəstəkləməsini sərt tənqid edən Sübhi əl-Tüfeyli törətdiyi cinayətlərə görə “Hizbullah”ı “Şiə İŞİD” adlandırıb. Ayətullah Türk xalqına üz tutaraq, ölkələrini müdafiə etməyə çağırıb:
“Coğrafiyamızdaki dövlətlərin fitnə müharibəsinə girmələrindən və Misirdə İsrailə yaxın hərbçilərin çevrilişindən sonra Türkiyədən başqa nəfəs almağa yer qalmadı. Türkiyədəki qardaşlarıma tövsiyəm budur: ölkənizi qoruyun, şərəfli və güclü olması üçün əlinizdən gələni edin. Qərbdən və şimaldan gələn təhlükələrə qarşı ayıq olun”.

Yeniçağ.Az

Dünya, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti